Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy Rəbb səninlə mənim aramda hakim olub hökm versin və baxıb bu çəkişməni görsün, məni sənin əlindən qurtarsın». Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm. Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən. Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur. Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm, Ancaq, ey Ordular Rəbbi, Ürəkləri və fikirləri sınayan ədalətli Hakim, Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm! Çünki mən öz işimi Sənə tapşırdım.
Выбор основного перевода