Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Avşalom qurbanları təqdim edərkən Davudun müşaviri Gilolu Axitofeli öz şəhərindən – Gilodan öz yanına gətirtdi. Fitnəkar dəstə qüvvətli idi, çünki Avşalomun yanında olan xalq get-gedə çoxalırdı. Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım. Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər. Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək». O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək». Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin.
Выбор основного перевода