Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qohumlarım məni tərk eləyib, Yaxın dostlarım məni unudub. Evimin sakinləri və kənizlər Məni özgə sayır, Onların gözündə yad olmuşam. Qulumu çağırıram, Ağız açıb yalvarsam belə, cavab almıram. Nəfəsimdən arvadımın da zəhləsi gedir, Qardaşlarım məndən iyrənir. Mənə hətta kiçik uşaqlar xor baxır, Ayağa duranda məni ələ salırlar. Bütün səmimi dostlarım belə, məndən ikrah edir, Əzizlərim belə, əleyhimə çıxır. İkrah edərək məndən gen dayanırlar, Hətta üzümə tüpürməkdən çəkinmirlər. Bu avara gənclər sağ tərəfimdən çıxır, Ayaqlarımı büdrədir, Mənə qarşı torpaq qalağı düzəldir. Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi. Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
Выбор основного перевода