Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər. “Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər. Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm. onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”. Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin. O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm.
Выбор основного перевода