Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən. Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan. Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq». Bir arvad öz ərinə xəyanət edirsə, Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!” Rəbb belə bəyan edir. Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq».
Выбор основного перевода