Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Eli cavab verib dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın!» Davud isə Filiştliyə dedi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm. Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib. Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. Sela
Выбор основного перевода