Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur. Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur! İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən! Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən? Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm. Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Müqəddəsliyini yada salın, Ona şükürlər edin. Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən. O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. Yenə də deyir: «Mən Ona güvənəcəyəm» və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».
Выбор основного перевода