Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir. Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik, İllərinin sayını araşdıran yoxdur. Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır! Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur, Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!
Выбор основного перевода