Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
“İnsan Allah qarşısında saleh olarmı? Yaradanın qarşısında təmiz adam varmı? «Belə olduğunu, həqiqətən, bilirəm. Amma Allah qarşısında insan necə haqlı çıxa bilər? Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz. Gözlərini beləsinəmi dikirsən? Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən? İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi? Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər? Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər. Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin. Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir.
Выбор основного перевода