Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amma pis adamların gözlərinin nuru sönəcək, Onların pənah yeri olmayacaq, Yeganə ümidləri son nəfəslərini vermək olacaq». Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm! Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək. Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar. Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam, Yaralarına şəfa verəcəyəm. Çünki deyirlər ki, Sion rədd edilib, Onu axtaran yoxdur”.
Выбор основного перевода