Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar. Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin! Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır. Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər. Tərbiyəni sevən biliyi sevər, Məzəmmətə nifrət edən şüursuzdur. Rişxəndçi iradı sevməz, Hikmətlilərin yanına gəlməz. Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar. Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir. Aşkar irad gizli məhəbbətdən üstündür. Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər. Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.
Выбор основного перевода