Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək. Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq. Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək. Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar. Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər. Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm. Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün! Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim. Sən onların üzərinə Qəflətən qarətçilər göndərəndə Qoy evlərindən fəryad eşidilsin. Çünki məni tutmaq üçün quyu qazdılar, Ayağımın altında gizlincə tələ qurdular.
Выбор основного перевода