Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır. Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar. Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. Karmel dağının təpəsində gizlənsələr belə, Onları axtarıb oradan götürəcəyəm. Gözümdən yayınıb dənizin dibinə girsələr belə, İlana əmr edəcəyəm ki, onları sancsın. Düşmən önündə əsir aparılsalar belə, Qılınca əmr edəcəyəm ki, onları qırsın. Gözlərimi yaxşılıq üçün deyil, Pislik üçün onların üzərinə dikəcəyəm”.
Выбор основного перевода