Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sadiq qullarının addımlarını qoruyur, Pisləri isə zülmətdə susdurur. Çünki insan öz qüvvəsi ilə zəfər çalmır. Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək. Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən. Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər? Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun. Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi. O zaman rahat gəzərsən, Ayaqların büdrəməz. Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən. Mən Rəbb, bağı qoruyuram, Tez-tez sulayıram, Gecə-gündüz keşiyində dururam ki, Heç kəs ona zərər verməsin.
Выбор основного перевода