Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri,
Beləcə qərbdən şərqədək adamlar Rəbbin adından və əzəmətindən qorxacaq. Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
«Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi.