Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin.
Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır.