Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, O bütün ölkələrin başçılarını əzəcək. Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək. «Onlar eşiyə çıxanda Mənə qarşı üsyankar olanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, Onları yandıran alov sönməyəcək. Bütün bəşər onlardan iyrənəcək». Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq, Çünki Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, Pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir. Millətlər hərəkətə gələrək Yehoşafat vadisinə çıxsın, Çünki hər tərəfdəki bütün millətləri Mühakimə etmək üçün orada oturacağam. Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.
Выбор основного перевода