Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gör dodaqlarından nələr tökülür, Ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur. Lakin, ya Rəbb, Sən onlara gülürsən, Bütün millətlərə rişxənd edirsən. Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan, Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan, Düşmənlərimin qırılmasını mənə göstərəcəksən. Ey Xudavənd, Sənsən sipərimiz! Xalqımın yadında qalsın deyə Düşmənləri qırma, lakin gücünlə Onları dağıdaraq məğlub et. Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. Sela Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
Выбор основного перевода