Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq». Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi. Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu. İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. Dağları, təpələri dağıdacağam, Bütün yaşıllıqlarını qurudacağam, Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam. Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür. Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur.
Выбор основного перевода