Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm. Allahınız Rəbbə bu cür pərəstiş etməyin. Onlar öz allahları üçün Rəbbin nifrət etdiyi iyrənc işləri görürlər. Belə ki oğullarını, qızlarını odda yandıraraq allahlarına qurban verirlər. Allah olmayan cinlərə, Tanımadıqları allahlara, Atalarının qorxmadıqları, Son zamanlar yeni yaranan allahlara Qurban kəsdilər. Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər. O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi. Palıd ağacları arasında, Hər kölgəli ağacın altında Şəhvətlə alışıb-yanan, Vadilərdə, qaya oyuqlarında, Övladlarınızı qurban gətirən Siz deyilmisiniz? Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox, cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm.
Выбор основного перевода