Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi. Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən. Rəbb göy qübbəsinin üstündə oturur, Yer üzündə yaşayanlar çəyirtkə kimidir. Göyləri tül pərdə kimi açır, Onları yaşamaq üçün çadır kimi qurur. Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi.
Выбор основного перевода