Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Псалтирь
Параллельные места
Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb? Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər. Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar. Əmr etsə, günəş doğmaz, Ulduzların işığını örtüb möhürlər. Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır. Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
Выбор основного перевода