Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir. Həyatın gündüzün günəşindən də parlaq olar, Qaranlığın səhər kimi işıqlanar. O da dediyin sözü yerinə yetirər, Yollarına nur səpilər. Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın, Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən. Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq. Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Выбор основного перевода