Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki imdad diləyən fəqiri, Köməksiz yetimi qurtarardım. Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim. Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi. Korlara göz idim, Topallara ayaq idim, Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım, Haqsızın çənəsini qırırdım, Ovunu dişlərindən qoparırdım. Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək. Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin».
Выбор основного перевода