Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır. Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə. İndi ki bilirsən, De görüm, yerin ölçüsünü kim qoydu, Yaxud yer üstündə ölçü xəttini kim çəkdi? Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı? Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim. Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan. Kim dənizləri ovcu ilə, Göyləri qarışı ilə ölçüb? Yerin torpağını ölçü ilə, Dağları qapanla, Təpələri tərəzi ilə kim çəkib? Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: «Mən Rəbbəm, başqası yoxdur! Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb.
Выбор основного перевода