Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz: Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov. Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən. Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir. Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar.
Выбор основного перевода