Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz. Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin. Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz. Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər. Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var. Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir? “İsrail zorlanmış bir qız kimi yıxılıb, Bir daha qalxmayacaq. Öz torpağı üstə atılıb, Onu qaldıran yoxdur”. Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq!
Выбор основного перевода