Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır. Rəbb şər insanın etdiyi qurbandan ikrah edir, Əməlisalehlərin duasından isə razı qalır. Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm. Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız. Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum. Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur, Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin. Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin». Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm. Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi? Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
Выбор основного перевода