Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, şərab içib sərxoş oldu və öz çadırında çılpaq uzandı. Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar? Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar! Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma. Axırda ilan kimi sancar, Əfi ilan kimi zəhərlər. İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar. Kahinlər və peyğəmbərlər də şərabdan səndələyir, İçkidən büdrəyir, Şərab içib xumarlanıb, İçkidən yollarını azıb. Onlar yanlış görüntülər görür, Tutarsız qərarlar qəbul edir. Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun.
Выбор основного перевода