Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Davud Amaleqliyə dedi: «Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi». Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər. Yaramaz adam – şər insan Əyri danışaraq dolanar, Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar. Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar; Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır.
Выбор основного перевода