Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin. Qoy tərəziniz, çəki daşınız, taxıl və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. Aldatmaq üçün torbanızda biri ağır, digəri yüngül çəkən iki cür çəki daşı olmasın. Evinizdə biri böyük, digəri kiçik ölçən iki cür ölçü əşyası olmasın. Çəki daşınız, ölçünüz düzgün və dəqiq olsun ki, Allahınız Rəbbin sizə verəcəyi torpaqda uzun ömür sürəsiniz. Çünki Allahınız Rəbb belə pis işlər görən və haqsızlıq edənlərə nifrət edir. Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər. Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar. Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz.
Выбор основного перевода