Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq. Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq. Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın. Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir. Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var. Sevgilim öz bağçasına – Ətirli gülüstana gedib, Bağçalarda sürüsünü otarmağa, Zanbaq gülü toplamağa gedib. Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın! Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz».
Выбор основного перевода