Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Песня Песней
1 2 3 4 5 6 7 8
Параллельные места
İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan. Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən, Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm. Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır. O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır. Rəbb uzaqdan mənə görünüb dedi: «Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim. Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim. Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub.
Песня Песней
1 2 3 4 5 6 7 8
Выбор основного перевода