Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Rəbb mənə belə dedi: «Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə Bir dəstə çoban ona qarşı haray salsa da, Aslan onların səslərindən qorxmur, Qışqırıqlarına məhəl qoymur. Ordular Rəbbi də elə enəcək, Sion dağını, onun təpələrini Qorumaq üçün döyüşəcək. Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək, Müqəddəs məskənindən gurlayacaq. Öz otlağına qarşı şiddətlə nərə çəkəcək, Dünyada yaşayanların hamısına qarşı hayqıracaq, Üzüm əzənlər kimi bağıracaq. Onlar aslan kimi nərə çəkən Rəbbin arxasınca gedəcək. O nərə çəkəndə Övladları qərbdən titrəyərək gələcək. Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur. Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur.
Выбор основного перевода