Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq. Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Sela Çadırlarında giley-güzar etdilər, Rəbbin səsini eşitmədilər. Buna görə Rəbb and içdi: Meyitlərini çöllərə sərəcək, Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək. Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər. Bu işlər Rəbbin qəzəbinə gəldi, Aralarına vəba töküldü. Onda Pinxas qalxıb buna müdaxilə etdi, Beləliklə, vəba çəkilib getdi. Bu, nəsillər boyu, əbədilik Onun üçün salehlik sayıldı. Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız?
Выбор основного перевода