Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi. İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı. İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi. İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi: Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı. Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
Выбор основного перевода