Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi? Bu, qamış kimi başınızı əyib, Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz? Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etmək deyilmi? Yediyiniz çörəyi acla bölüşdürmək, Yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? Onda nurunuz şəfəq kimi saçacaq, Tezliklə şəfa tapacaqsınız, Qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, Yəni başqalarına zülm etməyinizi Aranızdan rədd etsəniz, Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar.
Выбор основного перевода