Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan. Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et ki, bu yükdən azad olsun. Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver. Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu. Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, təqib olunanda dözürük, Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
Выбор основного перевода