Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Salehliyini qəlbimdə gizlətmədim, Xilaskar olduğunu, sədaqətini söylədim. Çoxlu camaat arasından Məhəbbətini, həqiqətini gizli saxlamadım. Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zahir oldu? O, Rəbbin önündə bir fidan kimi, Quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, Gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, Qırxımçıların qabağında dilsiz qoyun kimi Ağzını açmadı. Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın üsyankarlığına görə O edam olundu, dirilər arasından atıldı. O heç bir zorakılıq etmədiyi, Ağzından yalan söz çıxmadığı halda Qəbri pis adamların yanında quruldu, Dövlətli adamın yanında dəfn olundu. Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq. O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək. Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı. Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib. Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır. Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. Paul adətinə görə Yəhudilərin yanına gedib üç Şənbə dalbadal onlarla Müqəddəs Yazılar üstündə mübahisə etdi, şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb ölülər arasından dirilməsi lazım idi və dedi: «Sizə elan etməkdə olduğum bu İsa Məsihdir!» Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü,
Выбор основного перевода