Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Firon bu işdən xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu. Süleyman Yarovamı öldürmək istədi, ancaq Yarovam qalxıb Misirə, Misir padşahı Sisaqın yanına qaçdı və Süleymanın ölümünə qədər Misirdə qaldı. Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın! Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin. Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır! Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı. Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi. Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun. Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü. Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var.
Выбор основного перевода