Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz. Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır. Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun! Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun! Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır.
Выбор основного перевода