Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şəhərə girən kimi onu yemək üçün səcdəgaha qalxmazdan əvvəl taparsınız, ona görə ki o gəlməyincə xalq yeməyə başlamaz. O, qurbana xeyir-dua verəndən sonra çağırılanlar yeyər. Tez qalxsanız, ona çatarsınız». Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi. Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı. Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi. Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı. O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi. Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir». İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
Выбор основного перевода