Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər.
Выбор основного перевода