Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. Bu dağda bütün xalqların üzərindəki duvağı, Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək. Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi. O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!» Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq. Mən Rəbb onların Allahı olacağam, qulum Davud da onların içində rəhbər olacaq” Mən Rəbb bunu söylədim. «O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək. O gün belə olacaq: Dağlardan şirin şərab damacaq, Təpələrdən süd axacaq, Yəhudanın bütün dərələrində sular axacaq. Rəbbin evindən bir qaynaq çıxacaq, Əbrişimlər vadisini sulayacaq. Yəhuda xalqına qəddarlıq etdiyinə, Torpaqlarında günahsız qan tökdüyünə görə Misir viran qalacaq, Edom izsiz bir səhra olacaq. Lakin Yəhuda əbədi qalacaq, Yerusəlim nəsildən-nəslə keçəcək.
Выбор основного перевода