Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq. Səni məhv etdiyim zaman Göyləri bağlayacağam, Ulduzları qaraldacağam, Günəşi buludla örtəcəyəm, Ay işığını verməyəcək. Sənin üzərində nur saçan Bütün səma cisimlərini qaraldacağam, Ölkəni qaranlığa qərq edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür! Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu. Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü. Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi. Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı.
Выбор основного перевода