Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin. Allah sizi bir bədən olaraq yaratmadımı? Bədənlə də, ruhla da Ona aidsiniz. Bəs nə üçün bir? Çünki O Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin. Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «İkisi bir bədən olacaq». «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq». Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.
Выбор основного перевода