Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ordular Rəbbi sizə deyir: «Ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər Mən atayamsa, hanı Mənə hörmətiniz? Əgər ağayamsa, hanı Məndən qorxunuz? Ancaq siz “Adına necə hörmət etmədik?” deyib soruşursunuz. O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin. Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.
Выбор основного перевода