Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Göylər ədalətini bəyan edir, Çünki hakim Allahın Özüdür. Sela Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər. Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram. Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik».
Выбор основного перевода