Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”. Çünki qisas günü qəlbimdə idi, Xalqımı satın aldığım il gəldi. Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? Sənin xalqın və müqəddəs şəhərin üçün yetmiş dəfə yeddiillik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, Ən Müqəddəs yer məsh edilsin. Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.
Выбор основного перевода