Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir». ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz: ilk doğulan bütün heyvan balaları da Rəbbin olsun. Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”. Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm».
Выбор основного перевода